"Ağcabədi rayonunda 22 evə ziyan dəyib, 1 ev yanıb, 2 ev tamamilə dağılıb".
Bunu Ağcəbədi Rayon İcra Hakiyyəti (RİH)başçısının 1-ci müavini Rövşən Əhmədov bildirib.
R.Əhmədovun sözlərinə görə, Ağcabədi rayonunda bir neçə yaşayış məntəqəsinə ağır artilleriyadan açılan mərmi düşüb:
"Rayonun Hacılar, Boyat, Yuxarı Qiyamadınlı və Qaraxanlı kəndlərinəmərmi düşüb. Qaraxanlı kəndinə düşən 35 mərmidən biri kənd orta məktəbinin yaxınlığında partlayıb və məktəbin inzibati binasına ziyan dəyib.Vətəndaşlar arasında xəsarət alan yoxdur"(Report).