Dünən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.
Mia.az yığıncaqda YAP Nərimanov rayon təşkilatının sədri, Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev daha bir yüksək etimada layiq görülərək yekdil səsvermə ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə seçilib.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə, Milli Məclisinin deputatı Kamran Bayramov, Prezident Adminstrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin Bələdiyyələrlə İş sektorunun müdiri Emin Eyvazov, şəhər bələdiyyələrinin sədrləri və digər qonaqlar iştirak ediblər.