Bu gün Binəqədi rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, eləcə də 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.