Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.
Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Azərbaycanın birinci xanımı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.