"Azercell” cəbhə bölgələrindəki vəziyyətin gərginləşməsi ilə əlaqədar Füzuli, Ağdam və Tərtərdə yaşayan abunəçilərinə şəbəkədaxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edib.

Şirkətdən bildirilib ki, abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər:

"Aprelin 2-dən etibarən "Azercell”in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Hazırda "Azercell”in cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35 faizindən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. "Azercell”in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır".