"İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən "Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində bu gün Biləsuvar rayonunda növbəti ümumrayon ağacəkmə aksiyası keçirilb.

Mia.az xəbər verir ki, Ağacəkmə aksiyasında  rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin kollektivləri və sakinlər olmaqla 1500 nəfər iştirak edib.

Aksiya çərçivəsində rayonda yeni inşa olunmuş Əsgərabad-Muğan-Çaylı avtomobil yolu kənarlarında 3000 ədəd çinar, küknar, şam və digər ağaclar əkilib, əraziyə gübrələr verilib və  ağaclar suvarılıb.

Məlumatda qeyd olunur ki, ağacəkmə kampaniyası bundan sonra da davam edəcək.