Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaradıb.

Ölkə başçısının tapşırığına uyğun olaraq, 2016-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bildirib ki, rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır:

"Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Fevralın 15-dən etibarən artıq rayon üzrə 30811 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış,Nazirlik tərəfindən poliklinikar lazımi dərman preparatları ilə təchiz olunmuş,  burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır".

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyətləri, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.