Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
Qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Dəyişiklik ADA Universitetinin təklifi nəzərə alınaraq edilib.
Dəyişikliyə əsasən, təsnifatın "Texniki və Texnoloji İxtisaslar Qrup"unda yer alan İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası ləğv edilib.
Əvəzində isə İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisasları yaradılıb.
Report