Xəbər verdiyimiz kimi, Xaləddin İsgəndərov Binəqədi rayonuna icra başçısı təyin edildikdən sonra Bakı-Sumqayıt magistral yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsinə - yol kənarlarına qurduğu təpələri dağıdılır.

Bu barədə Mia.az-da dünən fotoşəkilləri də təqdim etmişdik.

Bu gün isə bu faktla bağlı bir sıra ekspertlər öz fikirlərini açıqlayıblar.

Mia.az xəbər verir ki, tanınmış ekspert Ərşad Hüseynov hazırda dağıdalan təpələr haqda öz fikirini açıqlayıb.

O, "Feysbuk"dakı səhifəsində Xaləddin İsgəndərov və onun milyonlarla xərc çəkilən təpələrinə sərt reaksiya verib: "Bakı-Sumqayıt yolunun kənarındakı təpəciklərin bəzilərini sökürlər. Əslində, onların hamısını təcili sökmək lazımdır: yol hərəkəti təhlükəsizliyindən anlayışı olanlar "niyə?"sini yaxşı bilirlər.

Bu təpəcikləri tikəndə (təxminən 3-4 il əvvəl) əsaslandıraraq yazmışdım ki, onların tikintisini dərhal dayandırmaq, tikilənləri təcili sökmək, bunu edənləri isə külli miqdarda dövlət vəsaitini ölüm riskinə xərclədiklərinə görə həbs etmək lazımdır...".