Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev "Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyəti"nin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunu 75 illik yubleyi münasibəti ilə təbrik edib.
Mia.az xəbər verir ki, Azay Quliyev yubliyara şəxsi həyatında və ictimai fəaliyyətində uğurlar arzulayıb və onu Şuranın Fəxri Fərmanı ilə təltif edib.