Bu gündən etibarən təhsil nazirinin müvafiq əmrinə əsasən2016-2017-ci dərs ili üçünBakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlayıb.

Uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dəkwww.mektebeqebul.edu.azsaytı vasitəsilə aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilindəelektron sistem vasitəsilə uşaqlarınI sinfə şagird qəbulu barədəvideo təlimat hazırlanıb.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.