Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında da ətraflı müzakirə olunub.
Bu barədə Mia.az-a rayondan məlumat daxil olub.
Bildirilib ki, yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 2015-ci ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov, Mrkəzi rayon xəstəxanasının baş həkimi Rəna Mustafayeva, "Qarabağ” cörək zavodunun direktoru Füzuli İsmayılov, rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev, millət vəkilləri Gövhər Baxşalıyeva, Zahid Oruc, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış ediblər.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilib.
Sonda yiğincaq iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.