Bu gün Milli Məclisin iclasında növbəti dəfə mübahisə yaranıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, millət vəkili Pənah Hüseynlə spiker Oqtay Əsədov arasında yenə mübahisə düşüb. Belə ki, Pənah Hüseyn Milli Məclisə ?Elektroenergetika haqqında?, ?Qaz təchizatı haqqında? və ?Su təchizatı və tullantı suları haqqında? qanunlara əlavə və dəyişikliklər edilməsi haqda qanun layihəsi təqdim olunduğunu deyərək, həmin qanunlarda qanunsuz olaraq dəyişiklik edildiyini iurğulayıb. Deputat bu məsələnin araşdırılmalı olduğunu da nəzərə çatdırıb. Spiker isə məsələ ilə bağlı ona cavab veriləcəyini söyləyib. Ancaq çıxış vaxtı başa çatmış Pənah Hüseyn yerindən danışaraq, etirazını bildirib: ?Bu məsələ ilə bağlı istintaq başlanmalıdır?. O.Əsədov isə deyib ki, istintaq olsa, birinci onun özü gedəcək: ?Siz lazım olanda tapılmırsız. Heç olmasa, dinləmək qabiliyyətin olsun. P.Hüseyn isə etirazına davam etdirəndə, spiker ?Sənin söhbətin nədən getdiyindən xəbərin yoxdur. Adam xəbəri olan şeydən danışar?- deyib. P.Hüseynin çıxış vaxtı başa çatdığı üçün fikirlərini tamamlaya bilməyib.