?N-Brazers? Qrupunun rəhbəri Namiq: ?Azərbaycan zou-biznesində biabırçılıqdır!?

?Rusiya və Avropa ölkələrinə baxdıqda, onlarda şounun çox yüksək səviyyədə təqdim edildiyini görürük. Bizdə isə şou biabırçılığın son həddinə çatıb. Müğənni alt paltarını, unitazını, hamam vannasını, yatağını efirdə verirsə, bunu şou, yoxsa əxlaqsızlıq sayaq??.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?N-Brazers? Qrupunun rəhbəri Namiq Qardaş söyləyib. Onun fikrincə, şou xarakterli verilişlərdə mentalitetimizi unutmamalıyıq: ?Biz başqaları ilə bir ölçülməməliyik. Ərəb ölkələrinin də öz şousu var. Şou lazımdır, amma bu, yerində və həddində olmalıdır?.
Qrup rəhbəri deyib ki, gözəl virtual oyunlar təqdim etmək lazımdır: ?Məsələn, Azər Axşamın ?Kim kimdir? şousu çox gözəldir. ?Maşın realiti şou?su da maraqlıdır. Qalmaqal bu cür olar. Səviyyəsiz verilişlərin isə olmaması daha yaxşıdır?.
DİGƏR XƏBƏRLƏR
2025-06-08 00:03
2025-06-05 08:49
2025-06-05 00:37
2025-06-04 20:50
2025-06-03 12:31
2025-06-03 08:41
2025-06-02 13:53