Fransanın paytaxtı Parisdə dünya mediasının diqqətini çəkən oğurluq hadisəsi baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Parisdə mum muzeyindən saxlanılan prezident Emmanuel Makronun heykəli oğurlanıb.

Fransa mediası yazır ki, oğurluq Parisin 9-cu səmtində məşhur şəxslərin mum heykəllərinin sərgiləndiyi Qrevin Muzeyində baş verib: "İki qadın və bir kişi səhər saatlarında muzeyə daxil olaraq Makron heykəlini oğurlayıblar".

Xəbərdə deyilir ki, "Greenpeace" ətraf mühit təşkilatının üzvləri olduğu bildirilən şübhəlilər içəri muzey işçisi kimi geyinərək oğurluğu gerçəkləşdiriblər: "Onlar heykəli parçaya bükərək muzeyin təcili çıxışından çıxarıblar".

Məlumata görə, heykəlin hazırlanmasına zamanında 40 min avro xərc çəkilib.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ