?ümid? funksioneri: ?Müsavat ümidə səmimi müttəfiqlik dərsi keçə bilməz?

Məlum olduğu kimi, 28 sentyabr 2009-cu il tarixli ?Yeni Müsavat? qəzetində ?Müsavatçı deputatlar sərt danışdılar? başlıqlı yazıda Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Müsavat deputat qrupunun parlamentdən getməsi təklifinə münasibətləri çap olunub.
Deputatların mövqeyinə münasibət bildirən Ümid Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Şəbnəm Karslı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında qarşı tərəfin fikirlər və arqumentlərini əsassız adlandırıb. ?İlk öncə bildirmək istərdim ki, Müsavat deputat qrupunun geri çağırılması məsələsini İqbal Ağazadə qaldırmayıb. Müsavat başqanının Ümid nümayəndələrinin MSK, dairə və məntəqələrdən geri çağırılması təklifinə cavab olaraq Ümid Partiyası Rəyasət Heyəti bu qərara gəlib və təklifin Hərəkat daxilində irəli sürülməsi Ümid sədri tərəfindən həyata keçirilib. İkram bəy bildirir ki, Müsavat deputat qrupunun palamentdən imtina məsələsi İqbal bəyin şəxsi istəyi ilə həll olunmur. O zaman sual yarana bilər ki, İsa bəy Ümid nümayəndələrinin seçki komissiyalarından imtina məsələsini qaldırarkən, bunun öz şəxsi istəyi ilə həll olunacağınımı düşünürdü? Bu məsələ də Ümid Partiyasında müzakirə olunmuş və müzakirə zamanı İsə bəyin təklifi daha da inkişaf etdirilərək bütün müxalifətin nəinki seçki komissiyalarından, hətta parlamentdən imtina etməsi kimi yeni bir təklif irəli sürülmüşdü. O ki qaldı, qeyri-səmimi müttəfiqlik etmək fikrinə, bu sadəcə yaxın keçmişi görə bilməməkdən irəli gəlir. Eyni blokda təmsil olunan AXCP və ALP qazandıqları yerdən imtina edərək parlamentə getmədikləri zaman fərqli mövqe tutan və blokdan çıxan Müsavatçılar Ümid Partiyasına müttəfiqlik dərsi kemə bilməzlər. Ümid artiq necə müttəfiq olduğunu, hətta bunun uğruna azadlığından belə vaz keçə bildiyini sübut edib? deyən Ş.Karslı bildirib ki, Ümid Partiyası funksioneri olaraq daima iqtidar nümayəndələri ilə mübarizə aparıb və təəssüf edir ki, siyasi müstəvidə müxalif fikirliliyi ilə öndə gedən partiyalardan biri olan Müsavat Partiyası rəsmiləri bu gün silahlarını iqtiara deyil müxalif partiya olan Ümidə tərəf çevirib.