İsrail kəşfiyyatı ABŞ və İsrailin İrana hücumlarının Tehranın nüvə proqramını tamamilə məhv etmədiyi haqda sensasion iddia irəli sürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” qəzetinə danışan İsrail rəsmisi ABŞ və İsrailin İrana hücumları ilə bağlı Təl-Əvivdə kəşfiyyat mılumatlaırnın təhlilinin aparıldığını etiraf edib.
Adı açqılanmayan rəsmi bildirib ki, ilkin kəşfiyyat məlumatları İranın nüvə proqramının tamamilə məhv edilmədiyini istiqamətindədir: "İsrail 12 günlük hücumla və ABŞ-ın Fordo, Natanz və İsfahanda nüvə obyektlərini vurması ilə Tehranda çox böyük zərbə vuruldu. Bu, mübahisəsiz və danılmazdır. Lakin kəşfiyyat məlumatları deyir ki, İranın nüvə proqramını tam məhv edə bilmədik, onun reallaşmasını yalnız bir neçə il geri saldıq. Düzdür, nəhayət, tilsimi qıraraq ediən hücum onları nüvə silahı əldə etməkdən çəkindirəcək. Biz buna inanırıq".
İrana hücumun mühüm olduiğunu iddia edən İsrail kəşfiyyatınınrəsmisi bildirib ki, 12 günlük hücum İranın diplomatik yolla gəlməyən inadını da sındırıb.
Yeri gəlmişkən, İsrail Baş Qərargah rəisi Eyal Zamir də atəşkəsdən saatlar sonra "İranın nüvə layihəsini illərdir geri çəkdik və eyni hal onun raket proqramı üçün də keçərlidir" demişdi. ABŞ isə bu iddiaları rədd edir.
Lamiyə Əhmədli
MİA.AZ