Xalq artisti Yalçın Rzazadənin ürəyində aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın həyat yoldaşı Roza Rzazadə məlumat verib. ?Dünən Türkiyədən evə zəng oldu. Yalçının dostlarından biri idi. Dedi ki, narahat olmayın, Yalçın Rzazadənin ürəyində aparılan əməliyyat uğurla başa çatıb. Hazırda Yalçın müəllim özünü yaxşı hiss edir. Əgər vəziyyət belə davam etsə, bir həftədən sonra o, Azərbaycana qayıdacaq?,- deyən Roza xanım Yalçın Rzazadəyə görə narahat olan insanlara dərin təşəkkürünü də bildirdi. Xatırladaq ki, xalq artistinin ürəyində aparılan əməliyyat Türkiyədə həyata keçirilib.