Qvatemalanın şimalındakı meşəlik ərazidə təxminən 3000 il əvvələ aid qədim Maya şəhəri aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qvatemala Mədəniyyət Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, piramidalar və monumental tikililərlə dolu olan bu ərazi dövrün mühüm mərasim mərkəzlərindən biri olub: "“Los Abuelos” (İspan dilində “Böyük Valideynlər”) adlanan bu qədim şəhər ölkənin Peten bölgəsindəki Uaxactun arxeoloji sahəsinin 21 kilometr şimalında tapılıb. Şəhər eramızdan əvvəl 800-500-cü illərə aid olan Orta Preklassik Dövrə aiddir. Bu, Maya sivilizasiyasının ən qədim və ən mühüm mərasim mərkəzlərindən biri ola bilər. Burada mərasim məkanlarına xas olan ikonoqrafiya ilə bəzədilmiş piramidalar və abidələr var və onlar bir memarlıq planlaması ilə yaradılıb..."
Məlumatda deyilir ki,16 kvadrat kilometr əraziyə yayılmış Los Abuelos Qvatemala və Slovak arxeoloqları tərəfindən əvvəllər qismən tədqiq olunub: "Həmin vaxtı burada 33 metr hündürlüyündə piramida, daşda rəsmlər və unikal kanal sistemi də tapılıb. Bu yeni kəşflər Los Abuelos və yaxınlıqdakı digər iki yaşayış məntəqəsi ilə birlikdə əvvəllər naməlum şəhər üçbucağı deyilən yaşayış məkanının təsəvvürünü yaradır...".
Zülfiyyə Mustafayeva
MİA.AZ