Gədəbəydə meşələrə qarşı sözün açıq mənasında soyqırımı həyata keçirilb.

Mia.az sosial şəbəkələrdə yayılan fotolara istinadən bildirir ki, bu ağrılı proses nəticəsində xeyli qiymətli ağaclar məhv edilib. Hətta meşələrdə işbazların kəsdikləri ağaclardan kömür hazırladıqları da fotolardan aydın görünür...

Mia.az bildirir ki, bu fotolardan bəzilərini sabiq deputat Nazim Məmmədov paylaşıb. Bəzilərini isə sabiq deputatın istinad etdiyi Araz Qurbanov adlı sosial şəbəkə istifadəçisi.

Biz isə fotolara şərh vermədən oxuculara təqdim edirik və ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu faktları araşdırıb, bu dəfə yerli məmurlarını deyil, təbiəti müdafiə edəcək, qoruyacaq: