"Azərpoçt" MMC-nin 3 filialının rəhbəri işdən qovulub.

Mia.az apa-ya istinadən xəbər verir ki. Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar. Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb:

"Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə siyahıda adları olan digər filial rəhbərləri də tutduqları vəzifədən azad olunacaqlar".