"Hesab edirəm ki, İsa Qəmbər hansısa bir yerə "jek” müdiri təyin edilsə belə, oranı da mütləq batıracaq”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev yenidən qurultayın keçirilməsi və İsa Qəmbərin başqanlığa gətirilməsi məsələsinə münasibət bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, İsa Qəmbər bacarıqsız və fərsiz şəxsdir: "Bir adamın ki mayası başqa şeylə yoğrulub, o elə də gedəcək. Bir sözlə, o, satqın bir adamdır. Qəmbərov İsa heç vaxt Azərbaycanda uğur qazanmayıb. Bu mənada hesab edirəm ki, onu siyasi səhnəyə gətirmək istəyənlər böyük yanlışlığa yol verirlər. Düşünürəm ki, bu adda insan yoxdur, çünki artıq onu dəfn etmişik. Səviyyəsiz, bacarıqsız bir adamı başqan yox, istəyirsən daşqınlıq elə artıq o, öz erasını başa vurub. Yaxşı olardı ki, Qəmbərov İsa gedib dincəlsin. Çünki Müsavat partiyası yoxdu orada sadəcə 2-3 nəfər insan qalıb”.