Son vaxtlar Azərbaycan və İraq arasında ticarət dövriyyəsi, eləcə də qarşılıqlı investisiyalar artıb ki, bu da iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına marağın olduğunu göstərir.
Mia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
"Ölkələrimizin strateji mövqeyi və coğrafi yaxınlığı, əminik ki, energetika, infrastruktur, tikinti, logistika, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Bu yaxınlarda yaradılmış hökumətlərarası komissiya əməkdaşlığın daha da inkişafı üçün yaxşı katalizator ola bilər", - C.Bayramov qeyd edib.