“ABŞ və İsrail məğlubiyyətlərini gizlətmək üçün mülki obyektləri, universitetləri, xəstəxanaları vurur. Onlar bununla heç nəyə nail ola bilməyəcəklər”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Ordusunun sözçüsü, generalı Məhəmməd Əkrəminiya Fars Xəbər Agentliyinə açıqlamasında deyib.

O bildirib ki, qarşı tərəf tam peşman eidlənə qədər müharibəni davam etdirəcəklər: "Qətiyyətlə deyə bilərik ki, qarşı tərəf müharibədə məqsədlərinə çatmayıb və əslində, məğlub olub. Müharibəni davam etdirməyin məqsədi düşməni həqiqətən peşman olacaqları bir nöqtəyə gətirməkdir. Onlar peşman olanaq qədər dayanmayacağıq. Bu, bəziləri tərəfindən emosional yanaşma kimi qəbul edilə bilər, ancaq əslində,  bu, tamamilə rasional strateji hədəfdir. Düşmənin gələcəkdə istədiyi vaxt müharibəni bərpa etməsinin qarşısını birdəfəlik dayandırmaq üçün davam etməmiz şərtdir. Belə də düşmən bir daha ölkəmizə qarşı belə təcəvüzə cəsarət etməyəcək".

Tahir Şəlvəli
MİA.AZ