İranla ABŞ arasında müharibəni bitirmək məqsədiylə iki mərhələli razılaşma planı hazırlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, plan artıq Pakistan XİN tərəfindən İran və ABŞ administrasiyalarına təqdim edilib. 

Məlumata görə, planın ilk mərhələsində Hörmüz boğazının dərhal açılması müqabilində müvəqqəti atəşkəsdən sonra, daha dəqiqi, iki həftə ərzində müharibəyə birdəfəlik son qoymaq üçün razılaşma imzalanacaq: “Razılşama sənədiində əss məsələ İranın nüvə proqramı qarşılığında bütün beynəlxalq sanksiyaların qaldırılması, dondurulmuş İran aktivlərinin “açılması” kimi şərtlər var”

Yüksək vəzifəli İran rəsmisi bildirib ki, Tehran Pakistan tərəfindən təqdim olunan təklifi hazırda nəzərdən keçirir: “Pakistan Ordusunun Baş Qərargah rəisi ABŞ vitse-prezidenti və İran xarici işlər naziri ilə ayrı-ayrı görüşlər keçirərək planı hər iki tərəfə təqdim edib. Hazırlanmış plana əsasən, proses iki mərhələdə davam edəcək. Birinci mərhələ tərəflər arasında atəşkəs, ikinci mərhələ isə hərtərəfli razılaşmanın əldə edilməsini nəzərdə tutulub…”. 

Firudin Səfərli
MİA.AZ