Filippin hökuməti İranın qapatdığı Hörmüz boğazından gəmilərinin təhlükəsiz keçməsi üçün rəsmi Tehrandan zəmanət alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Filippin XİN açqlayıb.
XİN-dən verilən məlumata əsasən, Filippin bayrağı altında üzən gəmilər bundan sonra Hörmüz boğazından təhlükəsiz qaydada keçiş edəcək: “Filippin xarici işlər naziri Maria Theresa Lazaro və İran xarici işlər naziri Abbas Aragchi telefonla bu barədə danışaraq anlaşıblar. Müzakirədə İran XİN başçısı İranın Filippin bayrağı altında üzən gəmilərin və Filippin dənizçilərinin Hörmüz boğazından maneəsiz, təhlükəsiz və sürətli keçidini təmin edəcəyinə zəmanət verib”.
Xatırladaq ki, Filippinlər 28 fevralda, yəni, ABŞ-İsrail arasında ilk hücum günü ölkədə yaranan enerji böhran ilə bağlı fövqəladə vəziyyəti elan etmişdi.
Hüseyn Namazov
MİA.AZ