ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronu alçaldan açqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə danışıb.
Tramp Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşının ona pis davranmasına işarə edəərk deyib: "Mən Fransaya, Makrona zəng etdim. Bilirsiniz, Makronun arvadı ona çox pis davranır. O, hələ də arvadı tərəfindən çənəsinə ilişdirilən şapalağın təsirindən çıxmağa çalışır. Makronla telefonda dedim ki, "Emmanuel, Körfəzdə bir az köməyə ehtiyacımız var. Dərhal gəmi göndərə bilərsinizmi?”
Makron "Xeyr, biz bunu indi yox, müharibə qazanıldıqdan sonra edə bilərik", - dedi. Mən də ona bildiridim ki, müharibə qazanıldıqdan sonra buna ehtiyacım yoxdur"
Hüseyn Namazov
MİA.AZ