Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış ABŞ prezidenti Donald Trampın ölkəsinin NATO-dan çıxarmaqla bağlı düşüncəsinə maraqlı şərh verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ liderinin bu bəyanatını məntiqsiz sayıb.
Müdafiə naziri bildirib ki, ABŞ-ın NATO-ya, NATO-nun da ABŞ-a ehtiyacı var: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”.
Nazirəlavə edib ki, Polşa NATO-nun şərq cinahının təhlükəsizlik arxitekturasının qurulmasında əsas rol oynayır və oynamaqda da davam edəcək.
Samir MUSAYEV
MİA.AZ