Rusiya Ukraynanı sülh təkliflərini qəbul etməyə çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin TASS xəbər agentliyinə açıqlamasında deyib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Pasxa bayramı şərəfinə müvəqqəti atəşkəs çağırışını şərh edən Narışkinin sözlərinə görə, Kiyev hökuməti özünə inamı itirib: “Bütün dünya bilir ki, Kiyev atəşkəs təklifləri ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Bir daha Kiyev hökumətini Rusiyanın sülh təkliflərini qəbul etməyə çağırıram. Zelenski və onun komandası rasional düşünməli və Rusiya tərəfinin ədalətli sülh təkliflərini qəbul etməlidir. Bunlar uzun illər sülhü təmin edəcək və hər kəs bundan faydalanacaq".
Firudin Səfərli
MİA.AZ