İranın xarici işlər naziri Seyid Abbas Arakçi Azərbaycana mesaj verib.

Mia.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında yazıb: “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”.