Prezidentin köməkçisi Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Şağatay Kılıçla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin kpməkçisi sosial media hesabında açıqlama verib.

Onun sözlərnə görə, Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi aparıblar: "Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".