"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko ilə bəzi oyunçular arasında münasibətlər gərginləşib.
Mia.az Türkiyə mətbuatına istiandla xəbər verir ki, son turda baş məşqçinin Kerem Aktürkoğlu əvəzləməsi onlar arasındakı soyuqluğu daha da artırıb.
Məlumata görə, "Fənərbağça"nın "KQaragümrük"ə məğlubiyyətindən sonra Kerem Aktürkoğlu bu səbəbdən komanda ilə birgə meydandan ayrılmayıb: "O, şəxsi maşını ilə küskünlüyünü gizlətməyərək meydanda təkbaşına ayrılıb".
Məlumatda deyilir ki, Musaba və Oğuz Aydın da oxşar səbəblərdən məşqçidən narazıdır.
Fərid ASLAN
MİA.AZ