Kürdüstan Regional Hökuməti (KRH) İraqın Türkiyədəki Ceyhan limanına boru kəməri ilə neft ixrac etməkdən imtina etmələri barədə yayılan xəbərlıəri təkzib edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə KRH rəsmi bəyanat verib.

Bəyanatda bildirilib ki, bölgədə neft və təbii qaz hasilatı İraqdakı Haşd-Əl-Şabi şiə qruplaşmasının  hücumları səbəbindən tamamilə dayandırılıb: "Buna görə kəmərlərə ixrac üçün vurulacaq neft ehtiyatı qalmayıb".

İraq Neft Nazirliyi Türkiyədəki Ceyhan limanına boru kəməri ilə neft ixracını bərpa etmək üçün gərəkli tədbirlərin görüldüyünü açqılayıb.

Tahir Şəlvəli

MİA.AZ