Avropa İttifaqı ilə (Aİ) Şurasının sədri Antonio Kosta ABŞ-ın dənizdə qeyri-müəyyən vəziyyətdə qalan Rusiya neftinin alınmasına müvəqqəti icazə qərarını pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Antonio Kosta bildirib ki, ABŞ-ın bu qərarı Ukrayna müharibəsi və qəbul olunmuş sanksiyalar kontekstindən narahatlıq yaradır: "ABŞ-ın Rusiya nefti ixracına qarşı sanksiyaları birtərəfli şəkildə ləğv etmək qərarı Avropa təhlükəsizliyinə təsir edir. Bu, son dərəcə narahatlıq doğurur. ABŞ bunu etmək əvəzinə, Ukraynada ədalətli və davamlı sülh üçün Rusiyaya iqtisadi təzyiqi artırmaq barədə düşünməlidir. Bu yeni qərar isə sanksiyanı zəiflədəcək, Rusiyanın Ukraynaya qarşı hücumlarını artıracaq"
Xatırladaq ki, ABŞ Maliyyə Naziri Skott Bessent mövcud neft tədarükünün qlobal əlçatanlığını artırmaq üçün dənizdə ilişib qalmış Rusiya neftinin alınmasına müvəqqəti icazə verildiyini təsdiqləyib.
Samir Musayev
MİA.AZ