İraq neft limanlarını bağlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraqın rəsmi xəbər agentliyi INA-ya danışan İraqın Limanlar üzrə baş direktoru Fərhan Fartusi açıqlama verib.
Onun sözlərinə görə, Fars körfəzində iki neft tankerindən birinin partladılmasından sonra belə qərar qəbul olunub: "Həmin tankerdə 31 nəfərin həyatı xilas olunub, xeyli şəxs isə itkin düşüb. Hazırda onların axtarışı davam edir. Bu səbəbdən neft limanları bağlanıb, lakin ticarət limanı əməliyyatları davam edir".
Direktor hücum olunan tankerlərdən birinin Malta bayrağı altında hərəkət etdiyini də sözlərinə əlavə edib.
Hücumu kimin həyata keçirdiyinə isə aydnlıq gətirilməyib.
Lamiyə Əhmədli
Mia.az