Ukrayna müharibəsinə görə Rusiya neftində blok qoyan Avropa İttifaqı geri çəkilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Rusiya neftinin Mərkəzi Avropaya daşıyan "Drujba" boru kəmərinin bərpası ilə bağlı razılıq əldə olunub.

Bu barədə Slovakiyanın Baş naziri Robert Fiko Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşdən sonra açıqlama verib. O bildirib ki, kəmər vasitəsilə neft tranziti yenidən başlayacaq: "Artıq razılaşma var".

Xatırladaq ki, "Drujba" boru kəməri dünyanın ən uzun neft kəməri şəbəkəsi kimi tanınır. Təxminən 4000 km uzunluğunda olan boru kəməri Rusiyadan Belarus və Ukrayna vasitəsilə Mərkəzi Avropaya xam neft daşıyır: "Boru kəmərinin cənub qolu xüsusilə Slovakiya, Macarıstan və Çexiya üçün vacibdir. Lakin Ukrayna ərazisindən keçən hissənin zədələnməsi səbəbindən yanvar ayının sonundan bəri neft axını dayandırılıb. Kiyev hökuməti təmir işlərinin vaxt apardığını bildirir. Lakin Slovakiya və Macarıstan prosesin Ukrayna tərəfindən gecikdirildiyini iddia edirlər. İndisə Avropa Komissiyasının təmir-bərpa işləri üçün gərəkli texniki və maliyyə dəstəyi göstərməyə hazır olduğu açıqlayıb". 

Məlumata görə, Avropa İttifaqının geri çəkilməsinin əsas səbəbi İrandakı müharibənin yaratdığı geosiyasi risklərlər olub: "Avropa sürətlə bahalaşan neft və qaz tədarükünü ruiskə atmaq istəmir"

Samir MUSAYEV

MİA.AZ