NATO İrana hücuma münasibət bildirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SHAPE) sözçüsü polkovnik Martin L. O’Donnell bəyanat verib.
O bildirib ki, NATO İranda və ətrafında baş verən hadisələri şox yaxından diqqətlə izləyir: "Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Atlantik okeanının hər iki tərəfindəki hərbi liderlər və NATO Baş katibi ilə müntəzəm və aktiv əlaqə saxlayır. NATO 32 üzvünün təhlükəsizliyini təmin etmək və ballistik raketlər və ya pilotsuz uçuş aparatları kimi potensial təhdidlərə qarşı müdafiəni gücləndirmək üçün gərəkli addımları atır və bu istiqamətdə səylərini artırıb".
Firudin Səfərli
MİA.AZ