"İrana hücumlarımız yaxın günlərdə daha intensivləşəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İsrail Baş naziri Binyamin Netanyahu Tel-Əvivdəki Müdafiə Nazirliyinin binasında verib.
O, İsrail ordusunun İrandakı planı uğurla icra etdiyini və hədəfləri dəqiqliklə yox etdiyini xatırladıb: "Tehrana getdikcə daha intensiv hücumlar olacaq. İsrail ordusu İrana hücumlarda əvvəlkindən daha çox güc sərf edir. Biz dostumuz ABŞ-a minnətdarıq. ABŞ ilə əməkdaşlıq bizə qırx ildir etmək istədiyimizi icra etməyə imkan yaradıb. Biz İranı bir daha bizi və bölgəni heç vaxt təhdid edə bilməyəcəyi ana qədər vuracağıq...".
Tahir Şəlvəli
MİA.AZ