"İranın uzaqmənzilli raket kompleksləri və donanması bizə və bölgəyə təhlükədir. Biz onları məhv edəcəyik".
Mia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumla bağlı bəyanatında bildirib.
Tram İranı terroru maliyyələşdirən və himayə edən dünyanın bir nömrəli dövləti adlandıraraq Tehran rejiminin nüvə silahına sahib olmasının çox böyük təhlükə yaradacağını iddia edib: "ABŞ İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verə bilməz. Məhz buna görə də ötən ilin iyulunda Fordoda, Natanzda və İsfahanda rejimin nüvə proqramını məhv etdik. İndisə biz İranın az qala ABŞ-a yetişəcək raket komplekslərini və hərbi-dəniz donanmasını məhv edəcəyik.
Buradan İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH), silahlı qüvvələrin və İran polisinin üzvlərinə müraciət edərək deyirəm: silahı yerə qoyun və tam toxunulmazlıq əldə edin. Əks halda sizi qaçılmaz məhv gözləyir. Müqavimətdən imtina etsəniz, sizinlə ədalətli davranılacaq".
Lamiyə
MİA.AZ