İranla danışıqlar davam edərkən ABŞ prezidenti Donald Tramp heyrətamiz açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tehranın nüvə silahına sahib ola bilməyəcəyini təkrarlayan Trampın sözlərinə görə, İranla danışıqların gedişatından məmnun deyil: "İranın danışıqlar tərzlərindən məmnun deyiləm. Lakin cümə günü daha əhatəli danışıqlar planlanıb. İranın nüvə silahı ola bilməz".
ABŞ prezidenti hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: "Mən bundan istifadə etmək istəmirəm, amma bəzən istifadə etmək lazım gəlir".
O, İranda iqtidar dəyişikliyinə isə ikibaşlı cavab verib: "Rejim dəyişikliyi ola bilər və ya olmaya da bilər."
Samir MUSAYEV
MİA.AZ