ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C Triton pilotsuz uçuş aparatı İran sahillərinə yaxın bir ərazidə yoxa çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 230 milyon dollar dəyərində olan MQ-4C Triton müşahidə pilotsuz uçuş aparatı İran sahillərinə yaxın bir ərazidə həyata keçirdiyi missiya zamanı radarlardan itib.

Məlumata əsasən, yüksək hündürlükdə kəşfiyyat və müşahidə uçuşları həyata keçirən təyyarə ilə təcili həyəcan siqnalı göndərdikdən qısa müddət sonra əlaqə kəsilib: "Bu nhəng PUA Fars körfəzi və Hörmüz boğazı ətrafında dəniz nəqliyyatını və hərbi fəaliyyəti izləmək üçün istifadə edilən inkişaf etmiş ISR (kəşfiyyat, müşahidə və kəşfiyyat) platforması kimi tanınır. Təxminən 30 saat havada qala bilən və geniş ərazili skan radarı ilə təchiz olunmuş sistem olmaqla ABŞ-ın bölgədəki ən vacib hava aktivlərindən biri hesab olunur".

Bölgədəki hərbi mənbələr pilotsuz uçuş aparatının elektron sistemlərinin qəfil sıradan çıxdığını bildirib. Bəziləri bunu da  İranın peyk rabitəsini və GPS siqnallarını poza bilən inkişaf etmiş elektron müharibə sistemləri ilə əlaqələndirr.

Tahir Şəlvəli

MİA.AZ