Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının bir qrup şəxsinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda diqqətçəkən əsas məqam qurum rəhbərliyinin heç birinin təltif edilməməsidir.
Maraqlıdır, qurumun yaradılmasının ildönümü ilə bağı sərəncamda rəhbərlik niyə kənarda saxlanılıb? Axı yarandığı gündən bu qurumun rəhbəri olan Zakir İbrahimov və başına topladığı şəxslər niyə təltif olunmayıb? Bəlkə onlar etimadı itiriblər?
Bu yerdə yada salaq ki, təxminən bir ay əvvəl "AzerGold"un rəhbərliyinin adlarının hallandığı tender maxinasiyaları haqqında saytlarda xəbərlər yayılmışdı. Həmin xəbərlərdə rəhbərlikdə təmsil olunan şəxslərin tender layihələrini necə ələ keçirmələrinin "mexanizm"inə işıq salınmışdı. Çox maraqlıdır ki, bu xəbərlər qısa müddət sonra əksər saytlardan "hansısa sirli əl", yaxud da nəyinsə müqabilində "yox"a çıxarıldı.
Maraqlıdır, bəlkə bu cür neqativ hallar rəhbərliyin mükafatlandırılma prosesindən kənarda qalmasına səbəb verib?
Qeyd edək ki, həmin yazıda (link aşağıda yerləşdirilib- Mia.az) Zakir İbrahimovun müavini və müşavirinin tenderlərdəki neqativ rollarına işıq salınmışdı.
Söz yox ki, oxşar iddialarla bir müddət əvvəl "AzerGold” QSC-nin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimin adı hallanıb.
Mövzu ətrafında araşdırma aparmağa çalışacağıq.
Hər iki xəbərlə aşağıdakı linklərlə tanış ola bilərsiniz:
https://mia.az/w1094649/1094649
https://paralel.az/az/article/324375
F.ƏHMƏD
MİA.AZ