"Fənərbağça"dan Səudiyyə Ərəbistanındakı "Əl İttihad" komandasına transfer olunan hücumçu Yusif En Nesyri yeni komandasında ilk qolunu atıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərakeşli futbolçu komandasının "Əl Qarafa" qarşı beşinci qolunun məhsuldar ötürməsini də verib.
Məlumata görə, Asiya Çempionlar Liqası (AFC) liqa mərhələsində "Əl İttihad" doğma meydanında "Əl Qarafa"ya 7-0 hesabı ilə qalib gəlib. Yusif En-Nesyri bu qollardan 3-cüsünün müəllifi olub.
Bu qələbə ilə hazırda 12 xalla 5-ci yerdə olan "Əl İttihad" Asiya Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb. Qətərin "Əl Qarafa" komandası isə 6 xalla 10-cu yerdə qalır.
Fərid ASLAN
mia.az