Türkiyə 1-ci Liqasında çıxış edən "Sivasspor" mərc oyunlarına görə istefaya göndərdiyi baş məşqçi Mehmet Altıparmakın yerinə yeni namizədlə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sivas komandası bu dəfə İsmət Taşdemirə tapşırılıb.

Klubdan bildirilib ki, İsmət Taşdemirlə 1,5 illik müqavilə imzalanıb: "Yeni məşqçimizə uğurlar arzulayırıq və ümid edirik ki, birlikdə böyük nəticələr əldə edəcəyik".

Fərid ASLAN

MİA.AZ