Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
Məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib/Qafqazinfo.