8 saatlıq qara ciyər köçürməsindən sonra yeni ayılan türkiyəli aktyor Ufuk Özkan reanimasiyadan çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, palatada həkimlərə və ona duaçı olanlara xüsusi təşəkkür edib.

Aktyor Ufuk Özkan bu qədər sevənlərinin olduğunun ona qürur verdiyini deyib: "Düşünmürdüm ki, bu qədər sevilirəm. Seəvənlərim vardı, lakin bu qədər olduğu ağlıma gəlməzdi. Bu qədər insan mənim üçün dua etdi. Dua edən hər kəsə və məni sevənlərə təşəkkür edirəm. Dualarınız mənim qoruyucum olub".

Aktyor daha sonra əməliyyatı həyaa keçirən professorlar Remzi Emiroğlu, Murat Dayangaç, Onur Yaprak və dosent Cenk Şimşekə sonsuz təşəkkürünü ifadə edib.

Hüseyn Namazov

MİA.AZ