Türkiyədə Ərdoğanın sədri olduğu iqtidar partiyası - AKP-nin Balıkəsir şəhəri,  Mərmərə rayonunda təşkilat qərargahına  hücum olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gecə daşlarla qərargah binası "atəşə tutulub".

Məlumata görə, nəticədə binanın pəncərələri sındırılıb: "Polis şübhəlinin tutulması istiqamətində axtarışa başlayıb".

Təşkilat sdəri sədri Mehmet Aydemir hücumu pisləyib: "Bu hücum təkcə bir binaya deyil, həm də demokratiyaya və millətin iradəsinə edilib. Demokratiyaya uzanan hər ələ qarşı qanun, dövlətin müdrikliyi və AK Partiyasının qətiyyətli mövqeyi var"

Firudin Səfərli

MİA.AZ