Prezident Donald Tramp bu gün İran rejimini növbəti dəfə təhdid edib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə o, Ağ Evdə İranla bağlı suala cavabda deyib.
Donald Tramp bildiirb ki, İranı vurmaq üçün bölgəyə çoxlu gəmilər göndərməyə davam edir: "Əgər razılaşma əldə etsək, bu, yaxşıdır. Razılaşma əldə etməsək, nə olacağını görəcəyik. Hazırda İrana doğru çoxlu gəmi göndəririk. Ümid edirəm ki, razılığa gələ bilərik".
Xatırladaq ki, ABŞ lideri bu gün artıq ikinci dəfədir İran rejiminə anlaşma üçün xəbərdarlıq edir. O, bundan əvvəlki açqlamasında anlaşmaq üçün iki şərt irəli sürmüşdü:
1. Nüvə silahı olmayacaq;
2. Etirazçıları öldürməyəcəklər;
Samir MUSAYEV
MİA.AZ