İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə etiraf edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, danışıqlara baxmayaraq, ABŞ-a etibar etmədiklərini xüsusi vurğulayıb.

Pezeşkian bildirib ki, ABŞ danışıqlara və Trampın verdiyi vədə baxmayaraq, İranın enerji infrastrukturunu bombalayıb: "Danışıqlar zamanı iki dəfə hücuma məruz qaldıq. İndi də ABŞ-ın vədlərinə baxmayaraq, enerji infrastrukturunun hədəfə alınmasının şahidi oluruq".

İran prezidenti İsraili nəzərdə tutaraq qeyd edib ki, sionist rejim müharibənin sərhədini region ölkələrinə genişləndirməyə çalışır: "Region ölkələri bu məsələdə diqqətli olmalıdırlar. Əgər region ölkələri təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin torpaqlarından bizə qarşı istifadəsinə icazə verməsin..."

Tahir Şəlvəli

MİA.AZ