ABŞ prezidenti Donald Tramp İran, Böyük Britaniya, Kanada və Kubaya xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Donald Tramp həyat yoldaşı Melaniya Trampın şərəfinə çəkilmiş "Melaniya" filminin qala nümayişi üçün Kennedi Mərkəzinə girərkən jurnalistlərin suallarını cavablandırıb.

O, son bir neçə gündə İran rəsmiləri ilə danışıqlar lub-olmadığı haqda suala tsədiqləyici cavab verib. 

İranın nüvə silahı proqramı ilə bağlı bir şey etməli olduğunu və etirazçılara sərt davranılmamalı olduğunu bildirən ABŞ prezidenti deyib ki, Tehran rəsmilərinin qarşısına iki tələb qoyub:

"Mən onlara iki şey dedim: 

Birincisi, nüvə silahı ola bilməz;

ikincisi, etirazçıları öldürməyin;

Onlar minlərlə insanı öldürürlər. İki həftə əvvəl 837 edamın icrasını dayandırdım, amma indi onlar mütləq bir şeylər etməli olacaqlar. Hazırda İrana doğru gedən çox böyük və çox güclü gəmilərimiz var. Onlardan istifadə etməsəydik, çox yaxşı olardı".

Tramp daha sonra Böyük Britaniyanın Çinlə yeni tərəfdaşlıq qurmaq planı barədə gözlənilməz cavab verib. O, Britaniya Baş nazirinin Çinə səfərinə işarə edərk deyib: "Bunu etmələri çox təhlükəlidir. Yeri gəlmişkən, Kanadanın da Çinlə iş görməsi daha da təhlükəlidir. Kanada hazırda yaxşı vəziyyətdə deyil. Kuba da belədir. Kuba, ümumiyyətlə, uğursuz bir dövlətdir. Oradakı rejim öz xalqına çox pis davranır. Mən Kubanı boğmağa çalışmıram, amma onlar böyük ehtimalla  həyata qala bilməyəcəklər".

Samir MUSAYEV

MİA.AZ